Qoç - Uğursuzluqlar vaxtı gəldi. Bu işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəck. Nədənsə hamıya elə gəlir ki, siz probelmlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.
Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq. Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmk hüququ vermir. Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.
Buğa - Bu gün peşə sahəsindəki çətinliklərlə yadda qalacaq. Xüsusilə, rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Siz bundan sonra nə etmək – kompromis, yoxsa yeni iş yeri axtarmaq barədə düşünməyə başlayacaqsınız. Hansı qərarı qəbul etməyinizdən asılı olmayaraq şübhə etməyin ki, bundan sonra hər şey yaxşılığa doğru dəyişəcək.
Səfərlər pis keçməyəcək. Qeyri-adi və maraqlı insanlarla tanışlıq mümkündür. Qarşılıqlı rəğbət yaranacaq. Amma çətin ki, bu, ciddi hislərin başlanğıcı ola. Bir az pul gəliri ola bilər.
Əkizlər - Birmənalı olmayan və dolaşıq vəziyyət yaranacaq. Ondan baş çıxarmaq gözlədiyinizdən də çətin olacaq. Ziddiyyətli məlumat alacaqsınız. Sizə faktları təhlil emək və düzgün nəticə çıxarmaq üçün vaxt lazımdır. Köhnə işgüzar müttəfiqləriniz ümidlərinizi doğrultmayacaq. Yenilər isə özlərini yaxşı mənada göstərəəklər.
Siz həm yeni ideyalar, həm də yeni adamlara asanlıqla məftun olur, başınızı itirir və ehtiyatı unudursunuz. Düşünülməmiş addımlar mümkündür. Bəzi Əkizlər yaxın adamlarına verdikləri vədləri emosiyaların təsiri altında unuda bilərlər.
Xərçəng - Həm uğurlu, həm də maraqlı gündür. Üstəlik, o, romantik tonlarla bəzənə bilər. Bəzən işləriniz gətirəcək, bəzən isə fenomenal şəkildə gətirəcək. Sanki heç nə etməyə ehtiyac yoxdur: həyat onsuz da sizə rifah gətirəcək.
Sizin şən və nikbin ovqıtınız mənfi xarici təsirlərdən qoruyan qalxana çevriləcək. Bir çox Xərçənglər bu gün sərfəli sövdələşmələrə gedəcək, maraqlı iş təklifləri alacaqlar.
Şir - Maraq oyatmayan günlərdən biridir. Çox şeyə nail olmaq olar, amma siz heç nə istəmirsiniz. Yaranan imkanlara filosofcasına sakitliklə, bəzən isə açıq etinasızlıqla baxırsınız. Gününüzü az maraqlı söhbətərlə keçirəcək və daxil olan təkliflərə cavab verməyi lazım bilməyəcəksiniz.
Təşəbbüs göstərsəniz, sevdiyiniz insanlar müasibətləriniz əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Gün rətbət duyduğunuz insana doğru addım atmaq üçün münasibdir. Amma tənbəllik burada da sizə mane olacaq.
Qız - İşlərin başa çatdırılması və yekun vurmaq üçün münasib olan sakit gündür. Heç hara tələsmək lazım deyil. Yaranmış vəziyyəti götür-qoy etmək, planlarınızda düzəlişlər aparmaq üçün vaxt var. Bu gü n əla məsləhətlər verəcəksiniz. Bunu hiss edən ətrafdakı adamlar sizə həm boş şeylər, həm də ciddi məsələlərlə bağlı müraciət edəcəklər.
Ailə və sevgi münasibətləri harmonik olacaq. Gün yaxınlarınızla qarşılıqlı anlaşma və xoş təmasın sevincini bəxş edəcək. Çoxdandır rəğbət bəslədiyiniz adam tərəfindən sevindiriləcəksiniz. Pul gəlirləri mümkündür.
Tərəzi - Çox şey barədə düşünmək lazım gələcək. Problem və çətinliklər leysan kimi üstünüzə yağacaq. Düşünmək, ətrafa boylanmaq üçün vaxtınız olsa, onların hamısının öhdəsindən gələrsiniz. Amma təəssüf ki, vaxtınız ümumiyyətlə yoxdur. İşdə münaqişələr mümkündür. Aydınlaşacaq ki, tam inanmağa öyrəşdiyiniz adamlar da sizi başa düşmürlər.
Şəxsi xarakterli çətinliklər də yarana bilər. Münasibətləri dəyişməyin vaxtıdır. Amma siz hansı istiqamətdə hərəkət etmək brədə qərar qəbul edə bilmirsiniz.
Əqrəb - Siz çox şeyə qadirsiniz və maraqlı imkanları əldən buraxmırsınız. Ona görə də gün həddindən artıq məhsuldar olacaq. Danışıqlara çəkinmədən gedin: ünsiyyətdə olacağınız adam nə qədər şörmətli olsa, bir o qədər yaxşıdır. Əqrəblər əla diplomatdırdar. Onlar öz şərtlərini diqtə edirlər. Özü də bunu elə formada edirlər ki, heç kimin beyninə müqavimət göstərmək, mübahisə etmək, incimək gəlmir.
Bu gün sizin üçün dəyərli olan insanlar çox şey barədə danışa bilərsiniz. Yəqin ki, onun sizi nə qədər yaxşı başa düşdüyünü anlayacaqsınız. Həlli mümkün görünməyən bir çox problemlərin öhdəsindən gələcəksiniz.
Oxatan - Bir gün əvvəl ortaya çıxan sualların cavabını alacaqsınız. Onu da demək lazımdır ki, cavablar babat olacaq. Aydınlaşacaq ki, işdə vəziyyət sizin düşündüyünüz nədər çətin deyil. Üstəlik, maraqlı iş təklifi almağınız da mümkündür. Bu gün əldə edilən sövdələşmələr böyük gəlir vəd edirlər.
Ailədə hər şey hama deyil. Validyen Oxatanlar övladları ilə dil tapa bilmyəcək, övladlar isə nə yaşlılar, nə də özləri ilə yola gedəcəklər. Amma hər şeyin yoluna düşəcəyinə əminliyi bir dəqiqə də itirməyin. Sonda bu baş verəcək.
Oğlaq - Böyük ümidlər bəslədiyiniz işdə ciddi uğursuzluqlar mümkündür. Bundan sonra irəliyə getmək qeyri-mümkün görünür. Əminsiniz ki, bütün planlarının iflası çox uzaqda deyil. Ətrafdakılar sizi dəstəkləməyə çalışırlar. Amma sizcə onlar arzularını gerçəklik kimi təqdim edirlər. Yalnız inandığınız adamın sözləri sizə bir qədər kömək edə bilər.
Sevdiyiniz insan özünü qıraq kimi aparır. Düşünmək olar ki, sizin problemləriniz onu ümumiyyətlə maraqlandırmır. Ailə üzvləriniz öz işləri ilə o qədər məşğuldurlar ki, sizi dinləməyə belə vaxtları yoxdur.
Dolça - Lazımi dərəcədə uğurlu, sakit və xoş gündür. Ürəyiniz yatan işlə məşğul olacaq və heç də pis olmayan nəticələr əldə edəcəksiniz. Maralanmadığın işin öhdəsindən gəlmək çətindir, gah fikriniz yayınır, ya da başqa işə keçirsiniz. Amma bu faciə deyil: belə işlər gözləyə də bilər.
Gün dostlarla ünsiyyət üçün münasibdir. Onlar yeni və maraqlı nəsə təklif edə bilərlər. Sevgi münasibətlərinin başlaması az ehtimal olunur: siz romantik əhval-ruhiyyədə deyilminih. Ev işləri çox vaxtınızı alacaq.
Balıqlar - Əhvalınız yaxşılığa doğru dəyişir, şərait də o cümlədən. Səhər tezdən həyatınızın yoluna düşdüyünü hiss edəcəksiniz və bu, gün ərzində davam edəcək. İş uğurlarınız heyranlıq doğracaq, vəzifə artımına bel bağlaya bilərsiniz. İşdn qorxmayın, bu gün onun öhdəsindən əla gələcəksiniz.
Bu günə istənilən görüşləri təyin etmək olar. Amma ən yaxşısı romantik görüşlərdir. Yeni tanışlıqlar istəyirsiniz? Ona axşam kübar tədbirlərə gedin.
Milli.Az