Ötən il ərzində Azərbaycanda 7600-dən çox domen qeydiyyatdan keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xəbər xidmətinə istinadən verilən xəbərə görə, 5800-dən çox domen isə ləğv edilib.
Azərbaycanda bu günə kimi 23101 domen adı qeydə alınıb. Ötən il ərzində domen qeydiyyatı artımı 10% təşkil edib.
İlin əvvəlindən bu günədək ölkədə 105 domen qeydə alınıb və 95 domenin fəaliyyəti dayandırılıb.
Hazırda Azərbaycanda 21401“*.az”, 1014“*.com.az”, 215“*.edu.az”, 132“*.org.az”, 72“*.net.az”, 42“*.int.az”, 82 “*.co.az”, 35“*.pp.az”, 69 “*.info.az”, 25 “*.biz.az”, 13 “*.name.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir.
Gün.Az