Boston şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizəd kimi irəli sürülüb
9.1.2015

Amerikanın Boston şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizəd kimi irəli sürülüb.

Bu qərarı ABŞ Milli Olimpiya Komitəsi (MOK) qəbul edib.

Komitənin başçısı Larri Probstun bəyanatında deyilir: “2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək barədə planlarımız bizi ruhlandırır. Düşünürük ki, Boston şəhərinin timsalında çox güclü tərəfdaşımız var. O, inandırıcı sifariş təqdim edilməsi üçün bizimlə qarşılıqlı fəaliyyət göstərəcək”.

2024-cü il Yay Olimpiadasının paytaxtı seçilmək üçün Birləşmiş Ştatlardan iddiaçılar arasında Bostonla yanaşı Los-Anceles, San-Fransisko və Vaşinqton şəhərləri də vardı.

2024-cü il Yay Olimpiya Oyunlarının keçiriləcəyi yer 2017-ci ildə seçiləcək. Bu barədə sifarişlərin qəbulu 2015-ci il sentyabrın 15-də başlanacaq və 2016-cı ilin aprel-may aylarına qədər davam edəcək. Bundan sonra Beynəlxalq Olimpiya Komitəsi iddiaçı şəhərlərin son siyahısını təsdiq edəcək.

azertag.az