İspaniyanın Alqatosin kəndində Pan Pina çörəkxanası öz məhsulunu 150 dollara satır. Bütöv buğdalı un, maya və sudan olan bu adi kənd çörəyinin kəpəyi qızıldandır. Xəmirə qatılmış və çörəyin üzərinə səpilmiş qızıl kəpək bu çörəyi dünyanın ən bahalı çörəyi edir.
Çörəkxananın sahibi Xuan Manuel Moreno bildirib ki, qızıl çörək ideyası qızıl kəpəkli ən bahalı kofe haqqında olan məqalənin təsiri altında yaranıb.
Onun sözlərinə görə, qızıl çörəyin dadına heç bir təsir etmir, lakin bəzi müştərilər hesab edir ki, bu çörək qidanın həzmi üçün faydalıdır. Yüksək qiymətə baxmayaraq, çörəkxana bütün dünyadan hər gün sifarişlər alır. Maraqlıdır ki, alıcılar arasında çoxlu Rusiya və Çin vətəndaşları var.
Oxu.az