Dünyanın ən tanınmış qəzetlərindən biri olan "New York Times" 2015-ci ildə gedilməli olan şəhərlərin siyahısını hazırlayıb.
Siyahıya 52 şəhər daxil olub.
Onların içərisində Azərbaycanın paytaxtı Bakının da adı çəkilir.
Qəzetdə qeyd edilib ki, Bakı müasirlik ilə qədimliyin vəhdəti, Dubay tərzi olan olan şəhərdir. Məhz bu onu turistlər üçün cəlbedici edir. "Neft bumu" Azərbaycanın görkəminin yeilənməsinə imkan yaradıb. Bundan UNESKO-nun qoruduğu məkrəzin divarların əhatəsində olan şəhərdə müasir arxitektur layihələrin ortaya çıxır.
Möhtəşəm layihələr arasında qəzet "Flame Towers", Heydər Əliyev Mədəniyyət Mərkəzinin adını çəkir.
Azərbaycanın yaxın qonşusu olan Gürcüstanın və Türkiyənin da adı bu siyahıya düşüb.
Siyahıya daxil olan ölkələr arasında İtaliya (Milan, Roma), Kuba, ABŞ (Filadelfiya, Nyu York), Sinqapur, Boliviya, Farer adaları, Makedoniya, Kolumbiya, Fransa (Burqundiya), Şri Lanka, İngiltərə (Mançestr), Mexiko, Mərakeş (Rabbat), Cənubi Koreya (Seul) və sairə şəhərlər var.
ANS PRESS