“Qətər Hava Yolları”ndan yeni endirim aksiysı
12.1.2015

“Qətər Hava Yolları” 130-dan çox uçuş istiqamətinə 25 faizədək endirim aksiyası tətbiq edib.

Şirkətin Bakı nümayəndəliyindən bildiriblər ki, sərnişinlər Bakıdan Quançjou, Banqkok, Mayami, Manila, Kuala-Lumpur, Yohannesburq, Hanoy, Osaka və digər şəhərlərə yeni qiymətlərlə səfər edə biləcəklər.

Aksiya yanvarın 12-dən 15-dək alınan biletlərə şamil olunur. Uçuş tarixləri isə yanvarın 20-dən dekabrın 10-dək olan dövrü əhatə edir.

azertag.az