Gəncə çayının sağ sahilində uzunluğu 1,2 kilometr olacaq yeni bulvarın inşasına başlanılıb.
Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan bu istirahət məkanında hazırda bəndvurma işləri görülür.
Bulvarda istifadə olunacaq avadanlıqlar İspaniyadan və İtaliyadan gətiriləcəkdir. Artıq həmin avadanlıqların alınması üçün sifarişlər də verilib.
azertag.az