Bu gün FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəicəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumameyilli yarımmüdafiəçisi Kriştiano Ronaldo bu mükafatın sahibi olub.
Bununla da o, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, K.Ronaldo ötən il "Real"la Çempionlar Liqası, İspaniya kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının kubokunu qazanıb.
Gün.Az