Rusiyanın paytaxtı Moskvada M-1 Globalın dəstəyi ilə təşkil edilən “Miks Fayt” realiti-şousuna seçim xarakterli döyüşlər keçirilmişdir.
“Miks Fayt” Qarışıq Döyüş Liqasından AzərTAc-a bildirmişlər ki, döyüşlərdə Azərbaycanı iki idmançı təmsil etmişdir.
Döyüşdə 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruslan Nəcəfəliyev rəqibinə nokautla qalib gəlmişdir. Bununla R.Nəcəfəliyev ən güclü 30 idmançı sırasına daxil olaraq realiti-şouda mübarizəni davam etdirmək imkanı qazanmışdır.
Digər idmançımız - İlqar Şəripov (77 kq) isə ilk görüşündə məğlub olmuşdur.
AzərTAc