Səudiyyə Ərəbistanında qar yağıb. Səhralar ağ rəngə boyanıb.
Adətən, bu yerlərdə havanın hərarəti isti olur. Odur ki, qarlı hava Səudiyyə Ərəbistanı üçün qeyri-adi hal sayılır.
Qarın yağması ilə magistrallarda yol qəza hadisələrinin sayı artıb. İki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Qar səhradakı bədəvilər üçün də problemlər yaradıb. Çünki onların istifadə etdikləri dəvələr qarda hərəkət etməyə öyrəncəli deyillər.
Ancaq bədəvilər bədbin deyillər, əksinə, sevinirlər:
“Qar Allah-təalanın bizə göndərdiyi nemətdir. Düzdür, dəvələrimiz yeriməyə çətinlik çəkir. Ancaq qar bitki aləmini canlandıracaq“.
Qarda hərəkət etməyə çətinlik çəkən dəvələr yerə uzanıblar. Bədəvilər onların üzərində çadır quraraq heyvanları soyuqdan qorumağa çalışıblar.
Ərəblərin çoxu ilk dəfə qartopu oynayıb.
Publika.az