“BBC World News” Azərbaycan haqqında videoçarx hazırlayıb - Video
13.1.2015

“BBC World News” kanalında “Azerbaijan - This Journey Never Ends!” adlı yeni videoçarx nümayiş olunub.

Reklam çarxının yaradılması üzərində Sergey Stanovkin başda olmaqla “BBC World News” telekanalının regional kommersiya nümayəndəliyinin komandası işləyib.

30 saniyəlik videoda təbiətin müxtəlifliyi, Bakının və regionlarımızın gözəlliyi, əl ilə toxunmuş Azərbaycan xalçaları, məşhur Qarabağ cinsli atlar, Zərdüşt dövrünün qədim memarlıq abidələri nümayiş etdirilir.
Video

gun.az