Bu gün Bakının dörd rayonuna qaz verilişində fasilə olacaq.
Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə istinadən verilən xəbərə görə, saat 18:00-dək Sabunçu, işlər başa çatanadək isə Binəqədi, Nizami və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələr yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədardır.
Gün.Az