Abunəçilərin ən çox nömrələrini daşıdığı mobil operatorun adı açıqlanıb
14.1.2015

Mobil Nömrə Daşınması (MND) xidmətindən istifadə edərək mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62%-dən çoxu “Bakcell” şəbəkəsinə qoşulub.

Şirkətdən verilən məlumata görə, abunəçilər “Bakcell” şəbəkəsinə keçir və şirkət hazırda Mobil Nömrə Daşınması (MND) sahəsində liderdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) verdiyi məlumata görə, indiyə kimi MND xidmətindən istifadə etmiş abunəçilərin sayı 12000 nəfərdən çoxdur. “Bakcell” şirkəti bildirir ki, bu abunəçilərin 7500 nəfəri öz nömrələrini məhz “Bakcell” şəbəkəsinə daşıyıb.

“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib ki, şirkət RYTN-nin MND xidmətinin tətbiqi ilə bağlı təşəbbüsünü lap əvvəldən dəstəkləyib.

“Biz öz köhnə şəbəkələrinin “əsirinə” çevrilmiş abunəçilərin cəlbedilməsi (abunəçilərin Bakcell şəbəkəsinə axını)baxımından “Bakcell”in qazanan bir şirkət olacağına ümid edirdik. Abunəçilər bizim ümidlərimizi doğrultdular və RYTN-nin verdiyi məlumat göstərir ki, “Bakcell” öz abunəçilərinə ən münasib qiymətlərlə yüksəkkeyfiyyətli xidmət və məhsullar təklif edir. MND xidmətinin yerli bazarda təklif olunmağa başlamasından bir ildən az bir müddət keçdiyinə baxmayaraq, biz artıq deyə bilərik ki, bu xidmətin şirkətimiz və bütün bazar üçün çox müsbət nəticəsi olub. Biz bu rəqəmin gələcəkdə də artmaqda davam edəcəyinə və “Bakcell” şirkətinin bu prosesdə lider mövqeyini qoruyub saxlayacağına əminik”-, deyə o əlavə edib

Öz nömrələrini “Bakcell” şəbəkəsinə daşımaq istəyən digər operatorların abunəçiləri tərəfindən verilən sorğular 1 fevral 2014-cü ildən başlayaraq icra edilməyə başlanıb. Digər mobil operatorların abunəçiləri öz nömrələrini köçürmək üçün “Bakcell” şirkətinin Müştəri Xidmətləri Mərkəzlərinə və ya BakcellİMmərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, “Bakcell” bildirir ki, o, 2014-cü il ərzində ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru arasında mobil rabitə abunəçilərinin ən böyük artımı müşahidə olunmuş şirkətdir. “Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, “Bakcell” şirkətinin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0.4% və 4% göstəriciləri ilə müqayisədə 6.6 faizə qədər artıb.

“Abunəçi bazasının artımı bir daha sübut edir ki, Bakcell öz abunəçiləri üçün ən yaxşı dəyər və keyfiyyət kombinasiyasını təklif edir. Yeni abunəçilırin şəbəkəmizə qoşulması və mövcud müştərilərimizin sadiqliyi sayəsindəbizim mobil səs xidmətlərimizdən istifadə edən abunəçilərin sayı 2014-cü ildə rəqiblərimizlə müqayisədə daha sürətlə artıb.Bu isə o anlama gəlir ki, abunəçilər Bakcell şirkətinin təklif etdiyi xidmət və məhsulların üstünlüyünü və əla xidmət səviyyəsini qiymətləndirirlər”-,deyə Riçard Şirer qeyd edib.

Gün.Az