Röya fantastik məbləğə klip çəkdirib - TEZLIKLƏ
11.4.2012

Populyar müğənni Röya yerli telekanallardan birinə açıqlamasında "Unuda bilmədim" mahnısına Türkiyədə çəkdirdiyi klipdən danışıb.
ifaçı klipə hətta Avstraliyadan da aktyorların dəvət olunduğunu söyləyib: «Klipdə türkiyə klinikalarından birinin palatasında lentə alınmış kadrlar var. Orada çəkilişin 1 saatına görə bizdən 10-15 min dollar alıblar».
Röya bildirib ki, əvvəlcə klipə görə ondan 98 min dollar istənilib. Lakin qiyməti 80 minə endirməyə nail olub: «Amma geyim, makiyaj, saç düzümü xərclərini də buraya əlavə etsək, klip daha da baha başa gəlir. Heç zaman heç kimi aldatmamışam. Kimsə klipin belə baha başa gəldiyinə inanmırsa, sübut kimi sənədlər təqdim edə bilərəm».

Milli.Az