Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar ayının ikinci yarısı üçün repertuarı maraqlı tamaşalarla zəngindir.
Yanvarın 15-də Fridrix Dürrenmattın “Yaşlı xanımın gəlişi”, 16-da Hüseynbala Mirələmovun “Xəcalət”, 17-də Branislav Nuşiçin “Nazirin xanımı”, 18-də Əli Əmirlinin “Şah Qacar” tamaşaları göstəriləcək.
Teatrın kollektivi İlyas Əfəndiyevin dramı əsasında hazırlanmış “Qarabağnamə” tamaşasını yanvarın 20-də nümayiş etdirəcək.
Vladimir Zuyevin “Mən... Biz...” tamaşası yanvarın 21-də və 27-də göstəriləcək.
Tamaşaçılar yanvarın 21-də Həsən Həsənovun “Qürbətdən gələn məktublar”, 22-də Yunus Oğuzun “Nadir şah”, 23-də Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasına baxa bilərlər.
Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış səhnə əsəri yanvarın 24-də və 29-da göstəriləcək.
Hüseyn Cavidin dramı əsasında hazırlanmış “Əmir Teymur” tamaşası yanvarın 25-də, Elçinin “Sənətkarın taleyi” və “Teleskop” tamaşaları müvafiq olaraq yanvarın 27-28-də nümayiş olunacaq.
Teatr həvəskarları yanvarın 30-da Con Patrikin “Qocanı öldürməliyik”, 31-də Hüseynbala Mirələmovun “Gəncə qapıları” tamaşalarına baxa bilərlər.
azertag.az