Qadınlar arasında şahmat üzrə Avropa çempionatı mayda keçiriləcək
14.1.2015

Bu il qadınlar arasında şahmat üzrə Avropa çempionatı Gürcüstanda keçiriləcək.

Çempionatın keçiriləcəyi şəhərin adı bir qədər sonra açıqlanacaq. Bu gün isə onun keçiriləcəyi vaxt məlum olub: mayın 18-dən 31-ə qədər. Turnirin mükafat fondu 60 min avrodur.

Qeyd edək ki, qitə birinciliyinə Azərbaycan şahmatçıları da qatılacaqlar.

azertag.az