Bu restoranda yaraşıqlı müştəri havayı yeyir
14.1.2015

Çinin Çjençjou şəhərindəki Korea milli mətbəxi restoranında yeni qaydalar tətbiq edilməyə başlayıb.

Restoran müştərilər arasında ən yaraşıqlı şəxsdən yemək hesabı alınmır. Qaydalara əsasən restorana daxil olarkən müştərilərin fotoşəkilləri çəkilir və plastik əməliyyat xəstəxanasının mütəxəssislərindən ibarət münsiflər heyəti yaraşıqlı müştərini müəyyən edir.

Sosial şəbəkədə isə bununla bağlı tənqidi fikirlər səslənib. Bir çox istifadəçilər hesab edirlər ki, bu, müştəri ləyaqətinə hörmətsizlikdi.

publika.az