Gənc yazıçı Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı “Toplan” adlı pyesi Cənubi Azərbaycanın tanınan “Mika” kukla-sənət qrupunun teatrında səhnəyə qoyulur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan S.Haqverdiyevanın məqsədi Azərbaycan kukla teatr sənətini Təbrizdə də yaşatmaqdır.
Qeyd edək ki, tamaşanın qurucusu və rejissoru Əli Bernodur. Onun rəhbərliyi ilə teatr bu günədək Azərbaycan, Rusiya, Türkiyə daxil olmaqla bir sıra ölkələrin beynəlxalq kukla teatrı festivallarında da iştirak edib.
Müəllifin əsərin qəhrəmanı Toplan və onun dostları arasında olan münasibətə bədii boyalarla verdiyi özəllik və əsas ideyanı - sədaqətli olmağı önə çəkən rejissor tamaşanın yanvarın 21-də balaca teatrsevərlərin ixtiyarına veriləcəyini deyib. Tamaşa fevralın 9-dək Təbrizin 29 Bəhmən teatr salonu başda olmaqla bir sıra məkanlarında nümayiş olunacaq. Tamaşada teatrın əsas səhnə ustalarından Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rola alacaq.
Onu da qeyd edək ki, səhnə nümunəsinin il ərzində Bakıda da nümayişi nəzərdə tutulur.
Gün.Az