AZAL Bakı-Kiyev-Bakı aviareysinə biletin qiymətini aşağı salıb
15.1.2015

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı - Kiyev və Kiyev - Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyaya başlayıb.

AZAL-dan verilən məlumata görə, Bakı-Kiyev-Bakı 309 avroya, Kiyev-Bakı-Kiyev - 409 ABŞ dollarına, Bakı-Kiyev -219 avro və Kiyev-Bakı istiqamətində biletin qiyməti 289 ABŞ dolları təşkil edir.

Biletləri yanvarın 15-dən fevralın 10-a qədər əldə etmək olar. Uçuş tarixləri isə yanvarın 25-dən martın 15-ə kimidir.

APA