Polşa Olimpiya Komitəsinin təşkilatçılığı ilə 2014-cü ilin yekunlarına həsr edilmiş tədbir keçirilib.
Ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski, Seymin sədri Radoslav Şikorski, idman və turizm naziri Andjey Biernat, səfir Həsən Həsənov, digər diplomatik korpusların nümayəndələri, idmançılar iştirak ediblər.
Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski ölkəsinin idman sahəsində əldə etdiyi nailiyyətlər haqqında məlumat verib, 2015-ci ildə qarşısında duran məqsədlər haqqında danışıb.
Daha sonra isə Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunmuş film təqdim olunub.
Azərbaycan və Bakı 2015 İlk Avropa Oyunlarını təbliğ edən videoçarx qonaqların marağına səbəb olub.
Gün.Az