Çəkisi sürətlə artan 10 aylıq qız
15.1.2015

Kolumbiyanın Libano şəhərində yaşayan 10 aylıq Xuanita Valentina Ernandesin çəkisi 5 yaşlı uşağın çəkisi qədər artaraq 20 kiloya kimi çatıb. Normalda 10 aylıq körpənin çəkisi 8,5 kiloqram olmalıdır.

Qızcığaz dünyaya gələrkən onun çəkisi 2,7 kiloqram olub. Lakin bir neçə həftədən sonra Xuanitanın çəkisi sürətlə artmağa başlayıb. Qızın anası heç bir yerdə işləmədiyi üçün jurnalistlərə Xuanitanın müalicəsinə pulu olmadığını deyib.

Yerli xeyriyyə fondu qızın həddindən artıq kökəlməsini irsi xəstəliklə əlaqələndirir. Lakin həkimlər qızın xəstəliyinin səbəbini hələ də tapa bilmir.

Qız yaxın zamanlarda müalicə olunmazsa, köklük nəticəsində ürək və şəkərli diabet xəstəliyinə düçar ola bilər.





publika.az