Qoç - Bu gün zövqünüzə uyğun olmayacaq, olduqca çoxlu çətinlik və birmənalı olmayan hadisələr gözlənilir. Eyham və üstüörtülü söhbətlərdən xoşunuz gəlməsə də, bu gün onlardan qaçmaq mümkün olmayacaq. Sizin üçün ənənəvi fəaliyyət tərzi - qarşıya çıxan hər şeyi kürüyərək irəliləmək bu gün effektsiz olacaq. Bu gün yaranan problemləri pul gücünə həll etməyə çalışmayın.
Yaxınlarınızla, ailə üzvlərinizlə güsüşəcəksiniz. Kompromis tapmaq o qədər də çətin deyil. Amma sizin üçün dediyinizin üstündə durmaq sülhü qorumaqdan daha vacibdir. Günün ikinci yarısında nasazlıqlar mümkündür.
Buğa - Sizi çətin, amma çox faydalı iş gözləyir. Bu işləri öz axarına buraxmaq olmaz – sizdən başqa heç kim lazım olan nəticəni əldə edə bilməyəcək. İşdə vəziyyət əlverişlidir, öz ideyalarınızı həyata keçirmək üçün rəhbərliyin dəstəyinə bel bağlaya bilərsiniz. Yeni müttəfiqlərlə əməkdaşlığa başlayacağınız istisna deyil.
Ailə münasibətləri harmonik olacaq. Siz qohumlarla yola getməklə bərabər, həm də onların məqsəd və planlarını bölüşəcəksiniz. Gün ümumi təmizlik, təmir, interyerin yenilənməsi üçün münasibdir.
Əkizlər - Çətinliklər mümkündür. Amma onlar, öhdəsindən gəlməyin mümkün olmadığı çətinliklər deyil. İşdə uğursuzluqlar gözlənilir, təsadüfi səhv uzağa gedən nəticələrə səbəb ola bilər. Lakin siz təslim olmayacaq və seçdiyiniz istiqamətdə hərəkəti davam etdirəcəksiniz - tamamilə doğru taktikadır.
Sizin üçün dəyərli insanlarla dalaşmamağa çalışırsınız. Amma bu, həmişə alınmır: sanki yaxınlarınız qəsdən sizi özünüzdən çıxarırlar. Axşam sürprizlər gözlənilir: onlar sizi sevindirməkdən daha çox təəccübləndirəcəklər.
Xərçəng - Çox şeyə nail ola biləcəyiniz uğurlu gündür. Peşə sahəsində əlverişli şərait yaranacaq, ideyalarınız təqdir və dəstək alacaq. Yeni layihələr üzərində işə başlamaq olar: onlar çox maraqlı olmasa da, olduqca faydalıdır.
Sizi xoş görüş gözləyir. Bu görüş taleyüklü ola bilər. Sadəcə olaraq, bunu istəmək lazımdır. Şəxsi münasibətlərlə bağlı hər şeydə intuisiyanıza güvənə bilərsiniz. O, yanılmayacaq.
Şir - Qeyri-adi nəyəsə başlamağa dəyər: sizə yeni təəssüratlar lazımdır. Məhz onlar sizi şücaətə (o cümlədən, əmək sahəsində) ruhlandıra, yeni yüksəkliklərin fəthinə kömək edə bilər. Peşə sahəsində dəyişikliklər mümkündür. Yeni maraqlarınız yaranacaq. Əvvəlcədən başladığınız layihələri başa çatdıracaq adamı tapmaq lazımdır.
Siz şəxsi münasibətlərdə stabilliyə can atır, eyni zamanda süstlükdən qorxursunuz. Ona görə də yaxınlarınıza düşünülməmiş, hətta, axmaqlıq kimi görünən addımlar ata bilərsiniz. Bir damcı özünütənqid incikliklərdən yayınmağa kömək edəcək.
Qız - Bu gün yaxşılığa doğru dəyişikliklərin əsasını qoyan hadisələrlə yadda qalacaq. Gələn təkliflər çaşdırmayacaq: siz onlara necə reaksiya verməyin lazım olduğunu yaxşı bilirsiniz. Kommersiya fəaliyyətində uğurlar mümkündür. Gözlənilməz pul gəlirləri də istisna deyil.
Çoxdankı ailə problemlərini həll etmək şansı var. Düzdür, əvvəlcə onlarla bağlı açıq danışmaq lazım gələcək və bu, asan olmaya bilər. Yorucu fiziki işdən imtina edin. Ağır yük xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Tərəzi - Bu gün sizin üçün asan olmayacaq. Problemlər yığını həllini tələb edir. Amma gücünüzün zəifləməsi və həyat potensialınızın azalması üzündən çətin ki, onların öhdəsindən gələsiniz. Siz çox düzsünüz, bu, rəhbərliyin və həmkarlarınızın xoşuna gəlmir. Ona görə də mübahisələr və xırda münaqişələr gözlənilir.
Çox bahalı olmayan, amma sizin üçün dəyərli əşyanı itirməyiniz mümkündür. Bu hadisə kefinizi əməlli-başlı pozacaq. Amma gün ərzində məyusluq üçün başqa səbəblər də ola bilər: yaxınlarınızla fikir ayrılığı, sevdiyiniz şəxslə inciklik…
Əqrəb - Sizi çoxlu təriflər, etiraflar və başqa xoş şeylər eşidəcəyiniz maraqlı gün gözləyir. Əks cinsin nümayəndələri sizə qarşı çox diqqətlidirlər və bu, sizi sevindirir. Gün yeni romantik məşğuliyyətlər vəd edir. Onlar həm ciddi, həm də ötəri ola bilər – hər şey özünüzdən asılıdır.
Şəxsi həyatınızda çoxlu maraqlı hadisələr baş versə də, işə də vaxtınız qalacaq. Siz peşə vəzifələrinizin öhdəsindən uğurla gələcəksiniz və rəhbərlik ideyalarınızı dəstəkləyəcək. Rəqiblərinizi əyri yollara əl atmadan da üstələyə biləcəksiniz.
Oxatan - Çoxlu maraqlı şeylər baş verər. Hadisələr gözlədiyiniz kimi inkişaf etməsə də, sürprizlərin böyük hissəsi xoşdur. Cəlbedici iş təklifləri mümkündür. Ağır işdən və yeni vəzifələrdən qorxmayın: onların öhdəsindən yüksək səviyyədə gələcəksiniz. Peşəkar nüfuzunuz artacaq, hətta daha təcrübəli insanlar da sizin fikirlərinizə qulaq asacaqlar.
Ailədə hər şey hamar deyil, münaqişələr mümkündür. Maliyyə işləri lazımi səviyyədə olmayanlar üçün daha çətin olacaq: pul məsələsi çox kəskindir. Valideyn Oxatanlar böyüməkdə olan uşaqlarla heç cür dil tapa bilməyəcəklər.
Oğlaq - Gün uğursuz keçəcək. Sizin günahınız üzündən yaranmayan problemlərin həlli ilə məşğul olmalısınız. Vəziyyəti qəlizləşdirən məqamlardan biri də lazımi köməkçini tapa bilməməyinizdir. Guya müttəfiqləriniz var. Amma bu gün onlar sizin yardımınıza tələsməyəcəklər.
Xırda anlaşılmazlıq, hansısa dəyərli əşya və ya sənədlərin itirilməsi, səfərlərdə ləngimə ehtimalı çox böyükdür. Siz qabaqcadan hər şeyi nəzərə almağa çalışsanız da, ulduzlar yolunuzda yeni-yeni əngəllər yaradacaqlar. Sevdiyiniz insanla ciddi münaqişə mümkündür.
Dolça - Gün sürprizlər vəd etmir. Amma hadisələrin inkişafı əlverişli olacaq. Şəraitə tez uyğunlaşa biləcək, düzgün qərarlar qəbul edəcəksiniz. Bundan sonra yalnız onları mümkün qədər tez həyata keçirmək qalır. Lazım olan anda kömək almaqda çətinlik çəkməyəcəksiniz: həmkarlarınız və dostlarınız yaxşı məsləhətlər verəcəklər.
Günün ikinci yarısı səhhətinizlə bağlı problemlər yarana bilər. Artıq yükdən uzaq durmaq tövsiyə edilir. Kosmetika və parfümeriya seçimində ehtiyatlı olun – allergiya ehtimalı yüksəkdir.
Balıqlar - Yeni şeyləri o qədər tez öyrənirsiniz ki, artıq günün ortasında hansısa sahədə professor ola bilərsiniz. Əlbəttə, bu, mübaliğədir, amma bir az. Gün istənilən iş üçün münasibdir. Bu işlərdə yaradıcılıq nə qədər çox olsa, bir o qədər yaxşıdır. Yeni müttəfiqlərlə əməkdaşlığa başlamaq olar. İlk uğurları çox gözləmək lazım gəlməyəcək.
İxtiraçılığı təkcə işdə yox, həm də şəxsi münasibətlərdə nümayiş etdirəcəksiniz. Bu, yəqin ki, yeni təəssürat çatışmazlığı hiss edən yaxınlarınızı sevindirəcək. Gün ailə əlaqələrinin möhkəmləndirilməsi üçün əlverişlidir.
Milli.Az