Ginnesin rekordlar kitabına görə 2014-cü ilin ən böyük nailiyyəti: Böyük çəllək – Video
16.1.2015

Ginnesin rekordlar kitabının müəllifləri 2014-cü ilin ən böyük nailiyyətini elan ediblər.
Bu, Rusiya-Fransa komandasının layihəsi olan “Böyük çəllək”dir.

“Böyük çəllək” butulka tıxaclarından düzəldilib. Kompozisiya 150 kv/m ərazini tutur. Onun yaradılması üçün 285 min tıxac istifadə olunub. Çəlləyin üzərində qədim Yunan allahları, Santk-Peterburq və Bordonun görüntüləri əksini tapıb. Rusiyalı Sergey Sidorov və fransız Elvira Gazizovanın layihəsi olan “Böyük çəllək” ilk dəfə olaraq Bordoda 2014-cü ilin yayında şərab festivalı çərçivəsində nümayiş etdirilib.

Qalib Ginnesin rekordlar kitabının rəsmi saytında səsvermə nəticəsində müəyyən edilib.
Video

gun.az