Paytaxtın Tbilisi prospektində “Grand Hayat” yaşayış kompleksi inşa olunur. Yeni Həyat Şirkətlər Qrupunun icra etdiyi layihənin 2017-ci ildə tamamlanması nəzərdə tutulur.
Şirkətdən bildiriblər ki, layihəyə əsasən, burada 24 mərtəbəli, təmir olunmuş 1760 mənzilli 10 bina inşa ediləcək. Kompleksdə 30 min kvadratmetr sahədə park, 3400 yerlik avtodayanacaq, 5 min kvadratmetrlik hipermarket, uşaq bağçası, kafe, restoran, eləcə də sağlamlıq və istirahət mərkəzi fəaliyyət göstərəcək.
Yaşayış kompleksinin, həmçinin mərkəzi isitmə, kamera nəzarəti və digər xidmətlərlə təchizatı planlaşdırılır.
azertag.az