Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində yenidənqurma və
abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında
sərəncam imzalayıb.
Bu məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və
yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra
Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
APA