Facebook şirkəti bəyan edib ki, `fake` (yalan, saxta) xəbərlərlə və dezinformasiya ilə mübarizəyə başlayır.
Yaxın zamanlarda istifadəçilər yalan saydıqları xəbərləri xüsusi bayraq ilə işarələyə biləcəklər. Bayraqların sayı çoxalanda həmin xəbərin yayılmasının qarşısı alınacaq.
Bununla yanaşı, aldadıcı postların (`Şərhə filan sözü yazın, şəkil açılsın` kimi) qarşısı da alınacaq.
Şirkət bildirir ki, Facebook-da yalan xəbərlərin qarşısını tam almaq mümkün deyil, amma onlar xeyli məhdudlaşdırılacaqlar.
`Pew Research Center` sosioloji mərkəzinin araşdırmaları göstərib ki, ABŞ əhalisinin 30%-i xəbərləri facebook-dan alır.
azvision.az