Ötən ay “Xəzər Lənkəran”la yollarını ayıran Manuel Skarlatake karyerasını elə Azərbaycanda da davam etdirəcək. Apasport.az xəbər verir ki, rumıniyalı müdafiəçi “İnter”lə anlaşıb.
“Bankirlər”in mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Skarlatake klubla artıq hərtərəfli anlaşıb. Razılığa əsasən, 29 yaşlı futbolçu yeni klubu ilə 6 aylıq müqaviləyə qol çəkəcək.
“İnter” yanvarın 24-də Antalya toplanışını başa vurub Azərbaycana qayıdacaq. Skarlatake də gələn həftə Bakıya gələrək, yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək və düşərgəyə qoşulacaq.
Qeyd edək ki, “İnter” qış fasiləsində buna qədər Əfran İsmayılov, Yussef Fenniç və Ruben Şakeni transfer etmişdi.
APA