Argentinada öldüyü zənn edilərək meyitxanaya qoyulan uşaq anasının sayəsində xilas olub.
Aprelin 3-də ölkənin şimalındakı "Perrando de Resistencia"
xəstəxanasında həkimlər 6 aylıq doğulan qız uşağının öldüyünü zənn
edərək onu meyitxanaya yerləşdiriblər.
Uşağın anası Analia Bouter körpəsini son dəfə görmək istədiyini dedikdə,
tibb işçiləri əlacsız qalıb onu meyitxanaya buraxırlar. Bu zaman ana
uşağın inildədiyini eşidir və həkimlərə xəbər verir.
Uşaq meyitxanada 12 saat keçirir. Xəstəxana işçiəri uşağın səhhətinin getdikcə yaxşılaşdığını bildiriblər.
Trend