İranın Şiraz şəhərində əsasən duzdan ibarət olan restoran açılıb. Bar rəfi, stol və stullar duzlu bloklardan hazırlanıb, divarlar, tavan və pilləkənlər isə qalın duz örtüyünə malikdir.
Bütün materiallar şəhər ətrafında yerləşən duz şaxtalarından əldə olunub.
Restoran sahibinin sözlərinə görə, duzlu məkanda nəfəs almaq rahat olur, belə ki, duz havanı təmizləyir və onu pozitiv ionlarla zənginləşdirir. Duzlu restoran əsasən tənəffüs orqanlarında problemləri olan insanlar üçün çox faydalıdır.
Oxu.az