Bakıda Kempinski Hotel Badamdar otelin rəsmi açılışı baş tutdu
2.9.2011

1 sentyabr 2011-ci il beynəlxalq Kempinski otellər şəbəkəsinin Bakıda ilk Resort-u -Kempinski Hotel Badamdar otelin rəsmi açılışı baş tutdu. Otel müxtəlif kateqoriyalı 280 mehmanxana nömrəsindən ibarətdir. Otelin ərazisində əla SPA mərkəzi var. Burada qonaqlar kosmetik prosedurlar və massajlardan həzz ala bilərlər. Həmçinin SPA-nın ərazisində örtülü hovuz, trenajor zalı, sauna, hamam və təmtaraqlı istirahət zonası var. Həmçinin Kempinski-də uşaq və böyüklər üçün akvapark mövcuddur.
Bakının qonaqları üçün və rahat appartamentlərə üstünlük verənlər üçün Kempinski Hotel Badamdar 37 dəbdəbəli iqamətkah təklif edir. Eleqant dizayna malik, mebellə təchiz edilmiş iqamətgahlar Bakını unudulmaz edəcək. Həmçinin kompleksdə 36 tam mebel və ofis avadanlığı ilə təchiz edilmiş ofislər var.
Kempinski Badamdar həm də əyləncə-ticarət mərkəzidir. Burada buz katoku, boulinq, bilyard, oyun avtomatları, kafe və premium klass mağazaları var.
Qonaqlara müxtəlif mətbəxli restoranlar təklif edilir. Otelin ərazisində bir neçə bar da var: Lobby Lounge Bar, Irish Pub, Vitamin Bar, həmçinin hovuz ətrafında Pool Side Bar.