Məşhur basketbolçu polis oldu
22.1.2015

ABŞ-ın keçmiş məşhur basketbolçusu Şakil ONil zabit olub.

Basketbolçu Florida ştatının polis şöbəsində xidmət edəcək.

Bununla belə, idmançı maaş almayacaq və sosial güzəştlərdən istifadə etməyəcək. Onun vəzifəsi ictimai fəaliyyət olacaq.

Ş.ONil polis sıralarına daxil olmaq üçün ötən ilin sentyabrında ərizə vermişdi. 42 yaşlı basketbolçu bunun üçün bir sıra fiziki və psixoloji testlərdən keçməli olub.

Gün.Az