Bu gündən “WhatsApp” messencerinin veb-versiyasından istifadə etmək mümkündür.
İstifadəçilər veb-versiyadan istifadə etmək üçün web.whatsapp.com saytına daxil ola bilərlər.
Veb-versiyada qeydiyyatdan keçmək üçün QR-kodlar sistemindən istifadə tələb olunur. İstifadəçi telefonda quraşdırılan “WhatsApp”da “Menyu – WhatsApp Web” səhifəsinə daxil olmalıdır. Brauzerdə müvafiq QR kodu skan etdikdən sonra istifadəçi kompüterdə “Whatsapp”-dan yararlana biləcək.
Kompüter vasitəsilə “WhatsApp”a daxil olmaq üçün mobil telefonunuzda mesencerin ən son versiyası quraşdırılmalıdır.
Yeni versiya yalnız Android, Windows Phone və BlackBerry-də işləyir. iOS üçün proqram hələ çıxarılmayıb.
Gün.Az