Tanınmış telejurnalist Azər Qərib Bakıda keçiriləcək ilk Avropa oyunlarının səfirlərindən biri seçilib.
Bu barədə A.Qərib özünün Facebook səhifəsində məlumat yayıb.
O, üzgüçülüyü, velosiped yarışını və şossedə qaçışı özündə birləşdirən triatlon yarışması üzrə səfir seçilib.
Avropa Oyunlarının səfirlərinin vəzifəsi təmsil etdiyi idman növü barəsində məlumatlar vermək, uşaq və məktəblilər arasında idmanın təşviqi, pedaqoji funksiyaların yerinə yetirilməsidir.
Gün.Az