Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində 110-cu mövqedə qərarlaşmışdır
12.4.2012

FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlamışdır.
AFFA-dan bildirilmişdir ki, ötən ayla müqayisədə 6 pillə irəliləyən Azərbaycan milli komandası 305 xalla 110-cu mövqedə qərarlaşmışdır.
Növbəti reytinq cədvəli mayın 9-da açıqlanacaqdır.

AzərTAc