İsveçrədə yol nişanlarına "Swarovski" vurulur
12.4.2012

İsveçrədə yol nişanlarını "Swarovski" büllar qaşları ilə bəzəməyə başlayıblar. Bu qərar yol polisinin qlamura meyli ilə bağlı deyil.

UNİAN-a istinadən verilən məlumata görə, büllur qaşların bərq vurması axşam saatları və gecələr yol-nəqliyyat hadisələrinin qarşısını almağa imkan verir.

Statistikaya görə, İsveçrədəki 100 yol nişanından yalnız 45-i normalara cavab verir.

Buna görə də yol nişanlarına "Swarovski" qaşları vurulur ki, yollardakı maşınların faralarının işıqlarında sayrışaraq yol nişanlarını daha əlamətli, gözəçarpan etsin.

Yol nişanlarının qaşlarla bəzədilməsinə 415 min avro ayrılıb.

milli.az