Qoç - Ulduzlar sizin küçədə bayram vəd edir. Bəxtiniz gətirəcək. Ağlınıza belə gətirmədiyiniz görüşlər, təkliflər və təsadüflər mümkündür. Şansınızı əldən verməyin, qətiyyətli olun və seçdiyiniz yoldan sapmayın. Yadda saxlayın: nə qədər çox inad göstərsəniz, nəticə bir o qədər yaxşı olacaq.
Həm şəxsi, həm də iş görüşləri məhz istədiyiniz kimi keçəcək. Bu gün istənilən məclisə ilham verməyə, təsadüfi tanışın ürəyini qazanmağa, ürəklərin buzunu əritməyə qadirsiniz. Münasib məqamdan arzularınızı həyata keçirmək üçün istifadə edin.
Buğa - Sizi çətin gün gözləyir. Bu gün yolunuzla keçilməz sədlər yaranacaq. Şəraitin öhdəsindən təkbaşına gəlmək səyləri nəticə verməyəcək, köməyə çağırmağa isə heç kim olmayacaq. Riskli və təhlükəli heç bir addım atmayın, geri çəkilmək üçün yol qoymağa çalışın. Rəhbərliklə fikir ayrılıqlarından qaçmaq çox vacibdir. Onlar karyera yüksəlişinizə mane ola bilərlər.
Yaxın adamla ciddi münaqişə mümkündür. Bürcün bəzi nümayəndələri münasibətləri tamam kəsmək barədə olmasa da, heç olmasa fasilə vermək haqqında ciddi şəkildə düşünəcəklər. Sizə mütləq fasilə lazımdır.
Əkizlər - Diqqət cəmləşdirməyi tələb etməyən müşğuliyyətlər üçün pis gün deyil. Əgər iş masanızın üstündə kağızların yerini dəyişdirmək üçün bir neçə saat ayıra bilsəniz, məhz bununla məşğul olun. Həm artıq yükdən qaçın, həm də fikirlərinizi qaydasına salın. İşlə bağlı yeni ideyalar axşama doğru yaranacaq. Amma onlar sizə göründüyü qədər də yaxşı olmayacaq.
Əyləncə və istirahətlə bağlə maraqlı təkliflər alacaqsınız. Darıxmaq lazım gəlməyəcək. Görüşlər romantiklikdən daha çox şən keçəcək. Amma yəqin ki, bu, sizi məyus etməyəcək.
Xərçəng - Gün ən azı öhdəsindən gəlməyin mümkün olmadığı çətinliklərin yaranmaması ilə sevindirəcək. Dərhal cavab tələb edən çətin suallarla qarşılaşmayacaqsınız. Nəinki köhnə işləri başa çatdırmaq, həm də yeni layihələrə başlamaq mümkün olacaq. Unutmayın: işdə yalnız o adamlara güvənə bilərsiniz ki, onlar artıq dəfələrlə sizə yardım ediblər.
Ev işlərinə əliniz yatmaya bilər. Buna görə özünüzü söyməyin. Bu, nəfəs dərmək gəzmək, görüşə getmək və ya dostlarla görüşmək üçün faydalıdır.
Şir - İstənilən iş üçün münasib olan neytral gündür. Sadəcə olaraq, bu işə ağılla girişmək lazımdır. Məqsədə çatmaq üçün hansısa yeni üsulları sınamaq olar: yəqin ki, onlar köhnələrdən maraqlı olacaqlar. Görüşləri günün ikinci yarısına təyin etmək məsləhət görülür. Çünki bu vaxt sizin üçün inandırıcı və əsaslı danışmaq daha asan olacaq.
Bəzən yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Amma yumor hissi və anadangəlmə mehribanlıq sizə incikliklərə imkan verməməkdə kömək edəcək. Uşaqlarla dil tapmaq asan olacaq.
Qız - Həmkarlarınız və rəhbərliklə yola getmək asan olacaq, bir çox peşə problemləri gözlədiyinizdən tez yoluna qoyulacaq. Köhnə işgüzar müttəfiqinizlə fikir ayrılıqlarını aradan qaldırmaq və əməkdaşlığı sizin üçün daha əlverişli şərtlərlə bərpa etmək şansı var. Eksperimentlər, gücünüzü tamamilə yeni sahələrdə sınamaq məsləhət deyil. Gün şifahi imtahanlar və müsahibələr üçün əlverişli deyil.
Gözlənilməz görüş çoxdan unudulmuş hissləri yenidən canlandıracaq və keçmişə qayıtmağa cəhd etmək barədə yenidən düşünəcəksiniz. Bu sualın cavabı birmənalı deyil. Ona görə də, qərar verməyə tələsməmək, hər şeyi götür-qoy etmək yaxşıdır.
Tərəzi - Mənfi tendensiyalar geri çəkilir, rahat nəfər ala bilərsiniz. Ehtiyatlı hərəkət etsəniz, hətta ən cəsur planı da həyata keçirə bilərsiniz. Bu plan sizin karyera pilləkəninizdə daha bir pillə olacaq.
Təmaslarda tələbkarlıq çox vadibdir. Bu, həm işgüzar, həm də şəxsi münasibətlərə aiddir. İnandığınız adamlar - vicdansız köməkçilər, sədaqətsiz müttəfiqlər və ikiüzlü bədxahlar üzündən problemlər yarana bilər.
Əqrəb - Çox uğursuz gündür. Hər yerdə - həm güman etdiyiniz, həm də gözləmədiyiniz yerlərdə çətinliklərlə qarşılaşacaqsınız. İşdə ciddi problemlər yaranacaq: rəhbərlik sizdən narazıdır və bunu gizlətmir. Maliyyə problemləri, itkilər və cərimələr mümkündür.
Təəssüf ki, evdə də dincəlmək, gücünüzü bərpa etmək mümkün olmayacaq. Siz anlayış və dəstək gözləsəniz də, yalnız tənqidlə, özü də sərt tənqidlə qarşılaşırsınız. Sevdiyiniz adamın qəribə davranışı sizi nəyinsə yerində olmamasında şübhələnməyə vadar edəcək.
Oxatan - Əla gündür. Sizi uğurlar, qələbələr, maraqlı görüşlər və ola bilsin başgicəlləndirici romanlar gözləyir. Günün birinci yarısı imicinizdə eksperimentlər üçün münasibdir. Nahara yaxın isə yəqin ki, sizin yeni görkəminizin unudulmaz təəssürft yaradacağı adamla qarşılaşacaqsınız.
İstənilən görüşlər yaxşı keçəcək. Gözlənilmədən aydın olacaq ki, insanlar sizin qanınızın qaralmaması naminə istənilən güzəştlərə hazırdırlar.
Oğlaq - Uşaqlıq dostları, köhnə müttəfiqlər, keçmiş iş yerinizdən olan həmkarlarınızla görüş sizə sevinc bəxş edəcək. Nə qədər qəribə olsa da, “keçmiş”dən olan insanlarla görüşlər qarşınızda gələcəklə bağlı yeni perspektivlər açacaq. Sadəcə olaraq, söhbəti düzgün qurmaq lazımdır və maraqlı təkliflər özünü çox gözlətməyəcək.
Çox işləməməyə çalışın: həyat potensialı aşağıdır, günün ikinci yarısındaisə özünü pis hiss edə bilərsiniz. Tünd içkilər, eləcə də çay və kofedən uzaq durmaq məsləhətdir.
Dolça - Əhvalınız pisləşə bilər. Bu, sizi planlarınızı dəyişməyə, məşğul olmaq istədiyiniz işi təxirə salmağa vadar edəcək. Gün kübar əyləncələr və açıq havada aktiv istirahət üçün münasib deyil. Şübhəli məclislərdən uzaq durun, az tanıdığınız adamlara etibar etməyin. Sövdələşmələri təxirə salmaq məsləhətdir.
Yaxınınız sizi əsəbləşdirəcək: onun hərəkətlərinin motivləri aydın deyil. Nədənsə siz ətrafdakılara həyat dərsi keçmək istəyirsiniz. Baxmayaraq ki, onların bundan xoşu gəlmədiyini bilirsiniz.
Balıqlar - Bu gün yaxşı ideyalar, yeni fikirlər gətirəcək. Onların reallaşmasında tələsməsəniz, ağıllı hərəkət etmiş olarsınız. Məsləhətlərə qulaq asmağa çalışın. Nə qədər təəccüblü olsa da, onların bəziləri faydalı olacaq. Günün ortasında cüzi pul gəliri mümkündür.
Günün ikinci yarısı dostların əhatəsində istirahət, sadə əyləncələr üçün münasibdir. Mağazaları gəzməyi təxirə salmaq məsləhətdir - çox güman ki, lazım olan şeyi alacaqsınız. Amma konsert zalını ziyarət yəqin ki, sizi sevindirəcək və ruhlandıracaq.
Milli.Az