“Apple” şirkətinin rəhbərinin ötənilki gəlirinin həcmi açıqlanıb.
“Apple” şirkətinin rəhbəri Tim Kuk 2014-cü ildə gəlirlərini iki dəfə artıraraq 9,2 milyon dollar qazanıb.
Dünyanın ən bahalı şirkətləri arasında yer alan “Apple”nin rəhbəri T.Kukun illik qazancı məlum olub. Yayılan məlumata görə, bu texnologiya nəhənginin rəhbəri 2014-cü ildə 9,2 milyon dolların sahibi olub.
Bu, T.Kukun 2013-cü ildəki gəlirlərindən təqribən iki dəfə çoxdur. Bildirilir ki, 2014-cü ildə T.Kukun maaşına 300 min dollardan da çox artım edilib.
Bu isə o deməkdir ki, digər gəlirləri ilə birlikdə illik qazancının həcmini xeyli böyüdən T.Kuk 2014-cü ildə 9 milyon dollardan çox pul “qatlayıb”.
Maraqlıdır ki, “Apple” şirkətinin ən çox qazanan işçisi isə bir müddət əvvəl “Burberry” şirkətindən “Apple”a keçən Angela Arendts olub. O, 2014-cü ildə 73 milyon dollar qazanıb.
Gün.Az