Azərbaycanlı varlıların yeni zövqü – qızıl geyimlər
27.1.2015

Türkiyəli zərgərin hazırladığı qızıl libaslara, əsasən, azərbaycanlı müştərilər maraq göstərirlər.

Kahramanmaraşlı bir zərgərin 400 min qızıl hissədən hazırladığı 3 kiloqram ağırlığında və 350 min lirə (148 min dollar) dəyərindəki əlbisə imkanlı şəxslərin böyük marağına səbəb olub.

Zərgər Ahmet Atakan bu barədə bildirib ki, ilk mərhələdə 8 qızıl geyim hazırlayıb. Lakin bu barədə mətbuatda yazılandan sonra qızıl geyimlərə tələbat xeyli artdığından, o daha 10 libas hazırlamalı olub.

Müştərilərin məxfiliyini qoruyan A.Atakan, “Öz vətəndaşlarımıza cəmi bir neçə qızıl geyim satmışıq. Əsas satışımız ölkə xaricinədir. Azərbaycanlı iş adamları bu geyimlərə çox maraq göstərirlər. Qətər və Rusiyaya da bir neçə məhsul satmışıq”, - deyib.


Gün.Az