İlk dəfə Bakıda, Rus Dram Teatrının səhnəsində yalnız iki gün 8 və 9
oktyabr tarixində Moskva teatrı "Et Cetera"nın "Simalar" adlı tamaşa ilə
qastrolu olacaq. Tamaşa A.P.Çexovun "Qürbətdə", "Psixopatlar",
"Güləbətin", "Cani", "Diplomat" yumoristik əsərləri əsasında hazırlanıb.
Tamaşada sizləri parlaq aktyor heyəti gözləyir: Rusiyanın xalq artisti
və teatrın bədii rəhbəri Aleksandr Kalyagin və E.Vaxtanq adına teatrın
aktyoru, Rusiyanın xalq artisti Vladimir Simonov.