“Viking 1″ kosmik gəmisinin 1976-cı ildə Mars planetində tapdığı
“sifət”dən sonra, NASA-nın kosmik gəmisi “qırmızı planet”in səthində
nəhəng “fil” aşkar edib.
“Mars Reconnaissance Orbiter” kosmik gəmisi tərəfindən çəkilən şəkildə lava axınlarının əmələ gətirdiyi “fil” görsənir.
Kosmik gəminin “Hirıse” kamerası tərəfindən çəkilən şəkil internetdə və
mətbuatda böyük marağa və müzakirələrə səbəb olub. Ancaq ekspertlər
insanları təşvişə düşməməyə çağırıb. Arizona universitetinin kosmoloqu
açıqlama yayaraq bildirib ki, mübahisələrə və təşvişə ehtiyac yoxdur. Bu
sadəcə lava axıntılarının meydana gətirdiyi fiqurdur, bəzilərinin
gözünə bu fil kimi, bəzilərinin gözünə isə sadəcə təbii proses kimi
görsənə bilər. Amma burada qorxulu və yaxud əsrarəngiz heç nə yoxdur.
Ancaq ekspertlərin arasında da bu tip məsələlərdə fikir yarılığı var,
bəziləri bunu sadəcə təbii proses, bəziləri isə hansısa şifrə hesab
edirlər.
ANN.Az