Bakıda “Aston Martin” salonu açılacaq
28.1.2015

Azərbaycanın paytaxtında nüfuzlu idman avtomobillərinin ingilis istehsalatçısı “Aston Martin”-in nümayəndəliyi açılır.

Salon Bakının mərkəzində - Üzeyir Hacıbəyov küçəsində “Ferrari” salonunun yaxınlığında açılacaq.

“Aston Martin” şirkəti 1913-cü ildə Layonel Martin və Robert Bemford tərəfindən təsis edilib. İlkin olaraq təsisçilər səylərini “Bamford & Martin” kimi birləşdiriblər. “Aston Martin” adlanan ilk maşın “İzotta-Fraskini”nin 1908-ci il şassilərinin üzərinə Coventry-Simplex 1,4 litrlik dörd silindirli mühərriyi quraşdırılaraq 1915-ci ilin mart ayında yaradılıb.

Avtomobil Ceyms Bondun avtomobili kimi şöhrət qazanıb. Belə ki, “Aston Martin” maşını bir neçə dəfə Ceyms Bond haqqında novellanın qəhrəmanı üçün seçilib. Gümüşü “Aston Martin”i “DB5-i Qoldfingerd” (1964) və “Kürə ildırım” (1965) filmlərində, “V12 Vanquish” isə “Öl, amma indi yox” və “Aston Martin” DBS “Kazino Royal” filmlərində görmək olar.

Qeyd edək ki, “Aston Martin” avtomobillərinin qiyməti modelindən asılı olaraq 150 000 dollardan çoxdur.

Oxu.az