Atatürkün mətbuatda çıxmış ilk şəkili yayılıb – Tarixi foto
29.1.2015

Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə bağlı daha bir tarixi məqam ortaya çıxarılıb.
Araşdırmaçılar M.K.Atatürkün mətbuatda ilk fotoşəkilinin 22 iyun 1912-ci ildə Fransanın “Lillustration” jurnalında dərc olunduğunu dəqiqləşdiriblər.

Həmin jurnalda işıq üzü görmüş M.K.Atatürk və Osmanlı Ordusunun baş komandanı Ənvər Paşanın birgə fotolarının yer aldığı xəbərdə ərəb qəbilələrinin müqaviməti, Osmanlı Ordusunun zabitləri tərəfindən hərbi təlimlərdən bəhs olunur.

“Sirenaykadan yol və savaş qeydləri – Ənvər Bəyin düşərgəsində” başlıqlı yazıda təlim keçən ərəblərin Osmanlı Sultanını təmsil edən Ənvər Paşa və Mustafa Kamalın qarşısında təntənəli marşla keçid etdikləri göstərilib.

Tarixi fotoşəkilin altında bu ifadə qeyd olunub:

“Derne (indiki Liviya ərazisi) yaxınlığındakı “Əyn Əl-Mənsur” hərbi düşərgəsində Sultanın mərasimi - Sunusi şeyxləri baş komandan Ənvər bəyi çadırının önündə salamlayırlar. Ənvər Bey və Mustafa Kemal’’.



Gün.Az