Almaniyanın peşəkar futbol liqasının futbolçusu İslam dinini qəbul edib. Almaniyanın “Nürnberq” futbol klubunun futbolçusu, 24 yaşlı Denni Blum İslam dinini qəbul edib.
Yerli “Bild” mətbuatına verdiyi açıqlamada futbolçu faktı təsdiqləyib:
“Mən məscidi ziyarət etdim. Məscidə daxil olan kimi, mənim ürəyim həmin dəqiqə rahatlıq tapdı. Mən hiss etdim ki, İslam mənim üçündür və bu din haqda daha çox öyrənmək istədim”.
Denninin valideynləri məsihi olduqları üçün oğullarının bu seçimini ilk öncə yaxşı qəbul etməyiblər. Lakin sonradan, Denni onlara öz hisslərini başa sala bilib:
“İslam mənə ümid və güc verir. İbadət isə məni ruhlandırır. Əvvəllər mən səbirsiz idim. Lakin indi tam başqa cür düşünürəm”, - deyə Denni Blum etiraf edib.
Gün.Az