Zukerberq “Facebook” istifadəçilərinin sayını açıqladı
29.1.2015

“Facebook” sosial şəbəkəsinə ayda 1,39 milyard istifadəçi daxil olur.

Bu barədə sosial şəbəkənin sahibi Mark Zukerberq qeyd edib.

O bildirib ki, sosial şəbəkədən gündəlik istifadə edənlərin sayı isə 890 milyondur.

Ay ərzində mobil telefonlar vasitəsilə “Facebook”a 1,19 milyard istifadəçi, gündəlik isə 745 milyon istifadəçi daxil olur.

M.Zukerberq qeyd edib ki, 2014-cü il çox uğurlu il olub:

“Bu il dünya üzrə istifadəçilərimizin sayını xeyli artırdıq. Bizim şəbəkənin üzvü olduğunuz və dünyanı birləşdirmək üçün kömək etdiyiniz üçün təşəkkür edirik”.

Gün.Az