Bu ərazilərdə qaz olmayacaq
30.1.2015

Bu gün saat 10:00-dan işlər başa çatanadək Səbail rayonunun 20-ci sahə və Bayıl qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə istinadən verilən xəbərə görə, fasilə diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin avtomobil keçidi hissəsində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədardır.

Gün.Az