2 fevral Ümumrespublika Gənclər günü münasibətiylə “Gənclik veloyürüşü” həyata keçiriləcək.
“İrəli” İB-dən “Qafqazinfo”ya verilən məlumata görə, “İRƏLİ” İctimai Birliyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, Bakı 2015 Avropa Oyunları, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Dövlət Bayrağı Meydanı təşkilatçılığı ilə keçiriləck veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanmasıdır.
“Gənclik Veloyürüşü”nün başlanğıc nöqtəsi Dövlət Bayraq meydanı, yürüşün bitmə nöqtəsi isə Azadlıq Meydanıdır.
Veloyürüşə qatılmaq istəyən şəxslər aşağıdakı event-ə daxil olub qeydiyyatdan keçə bilərlər.
https://www.facebook.com/events/1611619645736691/
Qafqazinfo.az