Tələbələr arasında keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıb - FOTOLAR
30.1.2015

Oksfam Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin, Avropa İttifaqı və Telebe.az portalının dövlət və özəl ali məktəb tələbələri arasında keçirdiyi fotomüsabiqənin qalibləri məlum olub. Müsabiqə Oksfam və Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilib.

Oksfam Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyindən bildirilib ki, müsabiqəyə 88 tələbə 115 foto təqdim edib. Münsiflər heyətinin qərarı ilə seçilən qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

AzərTAc