Sloveniyada ənənəvi şahmat festivalı başlanır
30.1.2015

Yanvarın 30-da Sloveniyada “Chess 20.hit open 2015” ənənəvi şahmat festivalı başlayacaq.
Turnirdə 10-dan çox ölkənin 120-dən yuxarı şahmatçısı iştirak edəcək. Nova Qoritsa şəhərinin şahmat klubu tərəfindən təşkil olunan turnir fevralın 5-dək davam edəcək. Turnir İsveçrə sistemi üzrə keçiriləcək.

Qeyd edək ki, Sloveniyanın bu şəhərində bu yerlərdə partizanlıq etmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsi ehtiramla anılır.

Gün.Az