Azərbaycanda 2015-ci ilin “Gənclər Paytaxtı” seçilib. Yanvarın 24-dən
www.genclerpaytaxti.az internet saytında keçirilən sorğu başa çatıb.
Nəticələrə əsasən, İsmayıllı şəhəri səs çoxluğu (56.1%) ilə “Gənclərin Paytaxtı” oldu.
Qeyd
edək ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına
müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində
hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri
“Gənclər Paytaxtı” elan olunur. “Gənclər Paytaxtı”nın seçimi regionlarda
gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə
həyata keçirilir.
Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə
seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai,
siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir,
onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin
imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial
problemlərinin həllinə daha böyük diqqət verir.
Oxu.az