Aktrisa Ceraldin MakYuen vəfat edib. "Miss Marpl Aqata Kristi" serialı ilə məşhur olan aktrisanın 82 yaşı var idi.
Bu haqda mediaya mərhumun yaxınları - oğlu Qreyq və qızı Klaudiya xəbər veriblər.
Ötən ilin oktyabrında insult keçirən Ceraldin uzun müddət idi ki, xəstə yatağından qalxa bilmirdi.
Qeyd edək ki, MakYuen 58 il aktrisa kimi fəaliyyət göstərib, 40 filmdə rol alıb. Onlar arasında "Robin Qurd: Oğrular şahzadəsi", "Maqdalina bacıları" kimi ekran işlərinin adını çəkmək olar. 1991-ci ildə isə o, "Yer üzündə təkcə portağallar yoxdur" filmindəki obrazına görə "Ən yaxşı aktrisa" nominasiyasında BAFTA mükafatını alıb.
Gün.Az